» yüklə [dəyirman - pəncərə]
xatirələr oyatdı pəncərə nəyə görə
hər şey başladı pəncərədən əvvəlcədən
adi kəlmədən, daha nədən
gəlməkdən, getməkdən, məhəllə, məktəbdən
bir yerdə, hə, gizlincə gəzməkdən
ilk sevgi, məhəbbət beləcə yarandı
bu taleh, qismət gecədən qaradı
o bilmədi, nədən başladı soyuqluq
gün gəldi görüşlər kəsildi bir yolluq
qalsada sevdiyi uşaqlıq illərində
yaşadı sevgisi ürəyində, dərində
bir gündə o qaldı yalqız
fikirində yalnız o qız, o qız
ay məni məndən alıb gedən
dərdlərim dərdə salıb gedən
ləzzəti çörəyimdə, ağrısı kürəyimdə
həsrəti ürəyimdə qalıb gedən
gecə çatdı səhərə
lay-lay dedim şəhərə
açılmadı bir kərə
pəncərən, pəncərən, pəncərən
var bu məhəbbətin davamı
pəncərənin o yanı, qız olan yanı
yağışlar çizgiləridi dünyanın
o qız yenə pəncərədə göründü
kənardan adicə görüntü
əslində xəstəlik üzüntü
həkimlər deyirdi şəfasız
oğlan düşünürdü vəfasız
pəncərədə görüşdü onun baxışları
pəncərədə öpüşdü onun baxışları
pəncərəyə düzdü naxışları
gözündən süzülən yağışları
çalışdı yarından olsun uzaq
səbəbi o qıza bəllidir ancaq
bu sevgi naminə ayrılsaq açma
pəncərəni açmaq, uçmaq
bir daha gəldim o yerlərə
tanış küçə, tanış pəncərə
bir ömür yaşayaydıq, bir günlük qovuşaydıq
bir anlıq qayıdaydıq o illərə
gecə çatdı səhərə
lay-lay dedim şəhərə
açılmadı bir kərə
pəncərən, pəncərən, pəncərən
son nöqtəyə yaxınlaşmaq
olmamaq qorxusunu aşmaq
əziyyətlə rahatlaşmaq
zülümdən zülmətə bir anlıq uçuş
payızın xəzan nəfəsi
yolu qısaltmaq həvəsi
ömrün sonuncu qəfəsi
möhlətdən qismətə bir anlıq uçuş
nə acizlik, nə igidlik,
həm ölülük, həm dirilik
bir bilirik, min bilmirik
cəhlətdən cənnətə bir anlıq uçuş
cəhlətdən cənnətə,
bəlkədən, əlbəttə birinci
son dəfə xəlvətdən xəlvətə
eyvandan həyətə
bir anlıq uçuş,
sürünməkdən qurtuluş
gecə çatdı səhərə
lay-lay dedim şəhərə
açılmadı bir kərə
pəncərən, pəncərən, pəncərən
0 comment:
Post a Comment