skip to main | skip to sidebar

MIKEBELIEVE

...You'll see it when you believe it !

Pages

  • Home

16.11.09

Hardadır?

Səni mən oğurladım Cənnətdən,
Sən mələksən, gözlərin cəngəlliklərində mən tamam azdım..
Dedim yazmayacam bir də sevgidən mən,
Dedim yazmayacam, yazmayacam və sonda yazdım..
İstədim günəş olum ki, hər səhər səni görüm çıxanda,
İstədim külək olum ki, rəqs edim saçlarınla..
Həyat çox mürəkkəbdi, bəzən dözülməz yaşamaq,
Amma ki sən varsan həyatın ən çətin anlarında..
Qələmin göz yaşıyla suladığım bəyaz sətirlər,
Biz kimik ki, sevgi qapısında kasıb səfillər..
Biz kimik ki, uzun bir əsərdə bir neçə cümlə,
Biz kimik ki, yuxarıdan baxsan bir neçə nöqtə,
Sənin baxışların danışırdı başqa dildə..
Elə bil ilk dəfə idi, həyatında məni görürdün,
Bəlkə də əvvəllər baxırdın bir dost kimi,
Amma bu gün son baxışlarında məni sevirdin..
Qara divarda bəyaz təbaşirlə günəş çəkdin,
Mən hələ son yüz ildə bu qədər sevməmişdim..
Sənin bəbəklərin məni dərinliyinə çəkdi,
Mən hələ bu qədər dərinlikdə üzməmişdim..

Hardadır külək? Hardadır yağış?
Hardadır mənim sevgilim, hardadır?
Hansı evdə? Hansı pəncərələrdə?
Hansı binalarda? Hansı küçələrdə? (2)

Yaxınlaşır noyabr, otaqda isti kamin,
Bizim hisslərimizi sanki təsvir edib Dali..
Qorxurdum gözlərindən, qorxurdum soyuq səsdən,
Sən bəzən bilmədən incidirdin, bəzən qəsdən..
Radio dalğaların zərif xışıltısına daldıq,
İnsanlar qaçdılar, getdilər, biz burda qaldıq..
İndi şəhər tamam boş, Bakıda yoxdu heç kəs,
Ya da ki, şəhər doludu, sadəcə biz gözəgörünməz..
Keçər illər, sən olarsan xoş bir nostalji,
Köhnə fotoalbom, sirrlərilə bölüşdükcə..
Uşaqlıq illərimin səliqəsiz xatirəsi,
Barmağım şəkildəki gözlərinlə sevişdikcə..
Uzun illər sonra şıltaq sevgi həvəsində,
Mən indi qul olmuşam azadlığın qəfəsində..
Və bəlkə də bir gün sən, yadına salıb sevgimizi,
Sakitcə ağlayarsan otağın bir köşəsində..

Hardadır külək? Hardadır yağış?
Hardadır mənim sevgilim, hardadır?
Hansı evdə? Hansı pəncərələrdə?
Hansı binalarda? Hansı küçələrdə? (2)

Sən yoxsan yanımda, yaxşı, bəs hardasan sən?
Bəlkə gizlənmisən boz kütlənin arasında?
Mən səni görməsəm də, tanıyıb bilməsəm də,
Bil ki, sevgimizi dəyişmərəm başqasına..
Səni tanıyacam mən yazacağın məktublardan,
Ya da ki, gözlərin əridərək divarları,
Mən yığıb ümidlərimdən sənə gül dəstəsi,
Sən gizlədərsən başqalarından onları..
Görüşür gözlərimiz, hər gecə ulduzlarda,
Sən məni tanıyırsan bütün həyatım mahnılarda,
Mən səni görməmişəm, tanıyıram yuxulardan..
Bilirəm, bir gün səni tapacam, Esmeraldam..
Qurduğum xəyallar tək vurulub ilk baxışdan,
Biz rəqs edərik dəli kimi küçənin ortasında..
Həyatımız nağıldır, sevgi növbəti səhifə,
Görəsən nə gizlənir o səhifənin arxasında..

Hardadır külək? Hardadır yağış?
Hardadır mənim sevgilim, hardadır?
Hansı evdə? Hansı pəncərələrdə?
Hansı binalarda? Hansı küçələrdə? (2)
Hansı şəkillərdə? Hansı şəhərlərdə? Hansı nömrələrdə?
Hansı mənzillərdə? Hansı dalğalarda?
Mənim sevgilim dinləyir, sakitcə dinləyir..
Qaraqan

...lovin`
Posted by MikeBelieve at 23:04 Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels eyc-ou-es-ti

0 comment:

Post a Comment

Newer Post Older Post Home

MKBLV @ FB

Mike Believe

Offside

Hits and Online

Free WebSites Counter

My Labels

eyc-ou-es-ti (12) mike (51) music-is-life (36) ordan-burdan (10) video (19)

Blog Archive

  • Apr 2011 (1)
  • Mar 2011 (1)
  • Feb 2011 (1)
  • Jan 2011 (7)
  • Dec 2010 (8)
  • Nov 2010 (11)
  • Sep 2010 (4)
  • Aug 2010 (1)
  • Jul 2010 (15)
  • Jun 2010 (10)
  • May 2010 (6)
  • Apr 2010 (15)
  • Mar 2010 (7)
  • Feb 2010 (7)
  • Jan 2010 (11)
  • Dec 2009 (10)
  • Nov 2009 (3)
  • Sep 2009 (4)
  • Aug 2009 (2)
  • Jul 2009 (1)
  • Jun 2009 (2)
Powered by Blogger.
 
MIKEBELIEVE