skip to main | skip to sidebar

MIKEBELIEVE

...You'll see it when you believe it !

Pages

  • Home

18.5.10

Offside – Rap Günahdırmı ?! (Produced by: Vüsal Beat Pro)


 » YÜKLƏ

 *qeyd: Bu trek son sinqldır. Daha bir müddət heç bir trek olmayacaq Offside`dan. Solo konsert və alboma qədər. Albom işlərinə START..!

[chorus: Rocky]
Offside…Düşüncəmizin dilimizdən beyninizə keçməsi,
Orda qalsaq…Kim bilir düz olar, yoxsa səhv olar, kiməsə dərd olar.
Offside…Qara sakinlərin işığa çıxması,
Geriyə əgər baxsaq…Ordakı səhvlər, orda günahlar, hamısı unudular.
 [verse1: Monk]
Rap həyatdımı?!
Əgər öz yaşadığınıza həyat deyirsinizsə, bilin rep ondan artıqdı.
Rap günahdımı?!
Qoy ondan cəhənnəmdə yada sala biləcəyim ən sevimli günah məhs bu olsun.
Rap tamahdımı?!
Yazdıqca doymuramsa, gec də olsa başladımsa həyatıma ayrı başlıqdı.
Rap yalandımı?!
Bunun üçün sorğu keçirt qoy smslər cavab versin, biraz rəsmi olsun.
Rap qanaddımı?
Əlimdə qələm söz yazanda, beat notlarında göylərdə uçuramsa.
Rap dənizdimi?!
Düşüncə və ideologiyamın izahı olan sözlərin içində üzürəmsə.
Rap əzabdımı?!
Cəmiyyətin çirkabını sətirə boşaltmaqla kifayətlənib dözürəmsə.
Rap zirvədimi?!
Görəsən nə mənzərə açılır oranı uzun illər boyu fəth edənlərçün.
Rap savabdımı?
Yetərlimi, görəsən sətirlərdə qəm-kədərini diri dəfn edənlərçün.
Rap oyuncaqmı?!
Gülməli cızma-qaralarını gözə soxub, hələ bir onunla fəxr edənlərçün.
[chorus: Rocky]
Offside…Düşüncəmizin dilimizdən beyninizə keçməsi,
Orda qalsaq…Kim bilir düz olar, yoxsa səhv olar, kiməsə dərd olar.
Offside…Qara sakinlərin işığa çıxması,
Geriyə əgər baxsaq…Ordakı səhvlər, orda günahlar, hamısı unudular.
[verse2: Rocky]
Sözlü gecələrimiz, tozlu küçələrimiz,
Zülmətdən daima seçiləriy biz.
Bizin mətnlərin dəyərini ölçməy,
İstəyəndə beyin içinə keçəriy biz.
Geri qalanlar, hələ məhlə söhbətləri edə-edə məhlə dövründə qalanlar.
İrəli addımla, qorxma dalında offside, və bizlə bir səmtdə olanlar.
Bu səhnə duyğusuz, səhra tək susuz,
Önümü kəsmir heçnə bu qələmim qorxusuz.
Duzlu ya duzsuz, dinlə yaxud sus,
Mənim düşüncələrim sərhədsiz, sonsuz.
Ayaq altda buz, məni gələcəyə tələsdirərmi?
Mənim əllərim hələ mənim ən dəyərli sözlərimçün qələmi əsdirərmi?
Düz kəsdirərmi, qəlbimdən əlimə gedən bu damarları.
Dillərə həkk olunmuş, yeridilmiş, yalanları
Mənə bəsdi fikirlərim haqda söz yazmaq,
Mənə dərsdi səhv edəndə mənə göz vurmaq,
Sizdə dəsti-xəttdi başqa uğura göz qoymaq,
Ona-buna atmaq və bu yolla dolanmaq.
[chorus: Rocky]
Offside…Düşüncəmizin dilimizdən beyninizə keçməsi,
Orda qalsaq…Kim bilir düz olar, yoxsa səhv olar, kiməsə dərd olar.
Offside…Qara sakinlərin işığa çıxması,
Geriyə əgər baxsaq…Ordakı səhvlər, orda günahlar, hamısı unudular.
[verse3: Nas]
Addımı uzağa atmaqla biraz tələsdin,
Mən zəif, amma mübariz sanki Fələstin.
Hardasa çətinlik gördün külək tək əsdin,
Bizsə dik durmuşuq, bizdə yox təslim.
Göydən yağanlarla dəyişməyəcək fəslim,
Klonumu çıxartsazda seçiləcək əslim.
Arabir üfürməklə səncə soyuyacaqmı hirsim?
Bir qədər sərt desəm, görən qırılacaqmı tilsim?
Məni izah etməyçün bəs edər bir rəsim.
Oksigen tükənsədə, kəsilməz nəfəsim.
Qulağın kardısa beynivə girəcək səsim.
Dilin çox uzundursa, ver onu dibindən kəsim.
Kiminsə cürəti varsa, sözünü bərk desin.
Beyində düz fikirlər səhv fikri təkləsin.
Kimsə tək qalıbsa sadəcə səsləsin.
Offside qulaqda, ürəyivizin səsi.
Posted by MikeBelieve at 01:22 Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels mike

2 comment:

Anonymous said...

Track'ə söz ola bilməz.Həm musiqi,həm sözləri xüsusilə qeyd eləmək olar.
Hər 3ünüzün vörsü əladı.
Sevindirici hal odur ki,track olsun deyə lyrics yazılmır.Bu hal məncə çox təqdirə laiqdir.
Uğurlar,uğurlar və yenə də uğurlar.


by Slim Shady

May 18, 2010 1:41 AM
Anonymous said...

əladır.

by M.E

May 18, 2010 7:37 PM

Post a Comment

Newer Post Older Post Home

MKBLV @ FB

Mike Believe

Offside

Hits and Online

Free WebSites Counter

My Labels

eyc-ou-es-ti (12) mike (51) music-is-life (36) ordan-burdan (10) video (19)

Blog Archive

  • Apr 2011 (1)
  • Mar 2011 (1)
  • Feb 2011 (1)
  • Jan 2011 (7)
  • Dec 2010 (8)
  • Nov 2010 (11)
  • Sep 2010 (4)
  • Aug 2010 (1)
  • Jul 2010 (15)
  • Jun 2010 (10)
  • May 2010 (6)
  • Apr 2010 (15)
  • Mar 2010 (7)
  • Feb 2010 (7)
  • Jan 2010 (11)
  • Dec 2009 (10)
  • Nov 2009 (3)
  • Sep 2009 (4)
  • Aug 2009 (2)
  • Jul 2009 (1)
  • Jun 2009 (2)
Powered by Blogger.
 
MIKEBELIEVE