skip to main | skip to sidebar

MIKEBELIEVE

...You'll see it when you believe it !

Pages

  • Home

4.12.10

Ümid Zənciri


"Ümid Zənciri"
Biq (Offside) ft. Albay Əfəndi (R.C)
Produced by DJ easy
2010

TREKİ YÜKLƏMƏK ÜÇÜN WWW.STAYOFFSIDE.COM SAYTINA DAXİL OLUN!

skit (Albay Əfəndi):
həyat mənə imkan ver..!
qanunlarını inkar edim..!
zaman əllərimdən üzülüb damarlarıma sıxıldıqca məhv olubdu ümidlər, üzümə qapılar çırpıldıqca...

verse (Biq):
Yoruldum hər gün, qürurla dalaşmaqdan
Həyatımın hər dəfə sıfırladığı sayğacdan
Bu dərin ağrılardan ürəkdə sarğılar var
Deyəsən anladım, uzaqlarda kölgələr var...
Adın dilimdə gəzir bu əzab anla məni!
Getmək istəsəm bezib, qır zənciri! Saxla məni...
Sözləri saxta gəlir hər addımda səhifələnib
Hər dəfə et yaxşılığını amma sonda sərf eləmir...
Ört üzünə pərdələrini gizlən sevməkdən
Gizlin öyünməklə dost! Yaşamaq ölməksə...
Kölə olmaqsa həyat, bu həyatsa deyil mənlik
Səhər eyni, axşam eyni sonu gəlməz söyməklə...
Sıxıldım hər şeydən - məni biraz həyat yordu...
Əllərimlə yazdığım sərt sətirlərimə son dostum...
Mənası yoxdur artıq səni sənlər yorursa...
Mənasız olub artıq var olan şey yox olubsa..!

chorus (Albay Əfəndi):
Durğun dəniz, mənim ümidlərim
Ləpələr sakit, mənim öz izlərim...
Geriyə çəkin savaş ordularını!
Tək əsgərim mənim öz qələmim...

verse (Biq):
Nə qədər mənasız hər şey... Nə qədər boş gəlir...
Nə qədər gülər insann... Anlamasada yoxu sevir...
Nə qədər dostum varsa ətrafında düşmənim var
Ətrafımda fırlanan bezib mələkdə gizlənir bax...
Rahibim sol yanımda, Şeytansa sağ tərəfdə...
Özümdən uzaqlaşdım, özümlə vidalaşdım...
Pozuldu hər naxışda, düzəlt! Xeyri yoxdur... Başdan!
Hər gün ayrı bir kədərlə küsüb gedir göz yaşıda...
O qədər sərtki dünya hətta öz varlığında...
Dağıdır, sökür və sonda gülür üzünə qəddarca...
Bu düzgünlük, bu xəstəlik, bu vicdan mənə yaddı
Yarışır arzularım - mən və birdə son addım...
Bu dəfə son saatım, dəqiqəylə son nağılım..
Dərtlərlə son görüşüm yaşlı üzdə son qırışım...
Məni mənnən ayıran mənimlə tək qalsın
Qoruyan qoruyub artıq məni, sizi "Allah" qorusun!)

chorus (Albay Əfəndi):
Durğun dəniz, mənim ümidlərim
Ləpələr sakit, mənim öz izlərim...
Geriyə çəkin savaş ordularını!
Tək əsgərim mənim öz qələmim...
Posted by MikeBelieve at 20:21 Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels music-is-life

1 comment:

Anonymous said...

nese axir vaxtlar mahnilariniz chooox xoshuma gelir....bele davam edin!

December 06, 2010 9:20 PM

Post a Comment

Newer Post Older Post Home

MKBLV @ FB

Mike Believe

Offside

Hits and Online

Free WebSites Counter

My Labels

eyc-ou-es-ti (12) mike (51) music-is-life (36) ordan-burdan (10) video (19)

Blog Archive

  • Apr 2011 (1)
  • Mar 2011 (1)
  • Feb 2011 (1)
  • Jan 2011 (7)
  • Dec 2010 (8)
  • Nov 2010 (11)
  • Sep 2010 (4)
  • Aug 2010 (1)
  • Jul 2010 (15)
  • Jun 2010 (10)
  • May 2010 (6)
  • Apr 2010 (15)
  • Mar 2010 (7)
  • Feb 2010 (7)
  • Jan 2010 (11)
  • Dec 2009 (10)
  • Nov 2009 (3)
  • Sep 2009 (4)
  • Aug 2009 (2)
  • Jul 2009 (1)
  • Jun 2009 (2)
Powered by Blogger.
 
MIKEBELIEVE